...

Polo üzrə Avropa çempionatında Azərbaycan millisi 3-cü qələbəsini qazanıb (FOTO)

İdman Materials 24 Sentyabr 2018 17:21 (UTC +04:00)
İtaliyanın Siyene şəhərində davam edən Polo üzrə Avropa Çempionatında bu gün 3-cü turun oyunları keçirilib.
Polo üzrə Avropa çempionatında Azərbaycan millisi 3-cü qələbəsini qazanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

İtaliyanın Siyene şəhərində davam edən Polo üzrə Avropa Çempionatında bu gün 3-cü turun oyunları keçirilib.

Trend-in məlumatına görə, Slovakiya komandası ilə qarşılaşan Azərbaycan milli komandası növbəti uğura imza ataraq qələbə seriyasını davam etdirib.

Milli yığmamız rəqiblərini 11:7 hesabı ilə məğlub edərək yarışın favoritləri sırasında əsaslı olaraq yer tutmalarını bir daha nümayiş etdiriblər.

Slovakiya yığmasını məyus edərək milli yığmamızı turnirin finalının astanasına yüksəldən idmançılarımızın arasında Tərlan Qurbanəliyev və Əli Rzayev xüsusilə faydalı oyun göstəriblər.

Polo üzrə Avropa Çempionatının sentyabrın 28-də baş tutacaq 4-cü turunda milli yığmamız hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti