Bakı. Tural Turan - Trend:
Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən “Araz” klubu mübarizəni dayandırıb.
Trend-in məlumatına görə, bu gün əsas mərhələdə son oyununu keçirən təmsilçimiz Slovakiyanın “Luçenec” komandası ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın qollarını Nihad İsmayılov və Ramiz Çovdarov vurub.
Digər oyunda Maltanın “Valletta” klubunu 5:0 hesabı ilə məğlub edən Litvanın “Vytis” komandası elit-raunda vəsiqə qazanıb.