Bakı. Trend:
Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görüldülər.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 2018-ci il ərzində gimnastika növləri üzrə keçirilmiş dünya çempionatlarının nəticələrinə əsasən Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər.
Sofiyada (Bolqarıstan) baş tutmuş dünya çempionatındakı nəticələrinə əsasən bədii gimnastımız Zöhrə Ağamirova, Antverpendə (Belçika) təşkil olunmuş dünya çempionatında akrobatlarımız, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi, idman gimnastikası üzrə çempionatda (Doha, Qətər) göstərdiyi nəticəyə görə isə kişi idman gimnastımız Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılıb.