Bakı. Cani Babayeva - Trend:
Bu il Bakıda bədii gimnastika üzrə çoxlu yarışlar keçiriləcək.
Bunu Trend-ə Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin nümayəndəsi Marina Lobaç deyib.
O bildirib ki, Texniki Komitə Bakıda mayın 16-19-da baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı ərəfəsində püşkatma keçirəcək:
“Bu gün Bakıda keçirilmiş iclasda biz yarışla bağlı müxtəlif məsələləri müzakirə edirik, zalın necə hazırlandığını müşahidə edirik, ölkələrin və iştirakçıların sayını yoxlayırıq”.
M.Lobaç əlavə edib ki, bu il Bakıda bir çox yarışlar planlaşdırılır:
“2019-cu ildə Bakəda bədii gimnastika üzrə bir çox yarış keçiriləcək. Bu yarışlar Dünya Kuboku, Avropa çempionatı və dünya çempionatıdır”.