...

Bədii gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

İdman Materials 15 Aprel 2019 09:05 (UTC +04:00)
Bu həftəsonu Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Dünya Kuboku baş tutub.
Bədii gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

Bakı. Trend:

Bu həftəsonu Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Dünya Kuboku baş tutub.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu Dünya Kubokunda milli komandamızın üzvləri Yelizaveta Luzan və Darya Sorokina böyüklər proqramında çıxış edərək, ölkəmizi təmsil ediblər.

Gimnastlarımız hər 4 alət üzrə öz güclərini sınayıblar. Çoxnövçülük xallarına əsasən Darya 59.150 xalla yarışları 45-ci, Yelizaveta isə 56.100 xalla 51-ci yerdə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti