...

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri müəyyənləşir (FOTO)

İdman Materials 28 Aprel 2019 12:45 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri müəyyənləşir (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb.

Trend-in məlumatına görə, bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Azərbaycanı final mərhələsində halqa ilə hərəkətlərdə Zöhrə Ağamirova təmsil edir

Qeyd edək ki, aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

FOTO - Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti