...

Qurbanovlu “Qarabağ”ın 200-cü qələbəsi

İdman Materials 29 Aprel 2019 13:22 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

Trend-in məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XXVI turunun “Zirə” ilə səfər oyununa təsadüf edib.

2008-ci ildən “Qarabağ”ı çalışdıran Q.Qurbanov 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub.

Qeyd edək ki, Q.Qurbanovun Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti