...

Güləşçimiz Dağıstanda bürünc medal qazanıb

İdman Materials 3 May 2019 13:43 (UTC +04:00)
Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilir.
Güləşçimiz Dağıstanda bürünc medal qazanıb

Bakı. Trend:

Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 50-ci dəfə təşkil olunan memorial mayın 1-də start götürüb. Yarışın 2-ci günündə Nurməhəmməd Hacıyev (97 kq) fəxri kürsüyə qalxıb. Avropa çempionatının bürünc medalçısı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslanbek Alborova qalib gəlib.

Qeyd edək ki, ənənəvi turnirə bu gün yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti