Bakı. Trend:
Bü gün İspaniya La-Liqasın 36-cı turunun oyunları keçirilib.
Trend-in məlumatına görə, "Selta" futbol klubu öz meydanında "Barselona"ya qalib gələ bilib.
Viqoda keçirilən oyun 2:0 hesabı ilə bitib. Qollar Maksi Qomes (67-cı dəqiqədə) və Yaqo Aspas (88-ci dəqiqədə) tərəfindən vurulub.
Qeyd edək ki, "Barselona" 83-ci xalla turnir cədvəlində birinci yerdədir və artıq öz çempionluğunu rəsmiləşdirib.