...

Atletimiz dünya birinciliyində qüvvəsini sınadı

İdman Materials 3 İyun 2019 08:41 (UTC +04:00)
01-09 iyun tarixlərində Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir
Atletimiz dünya birinciliyində qüvvəsini sınadı

Bakı. Trend:

01-09 iyun tarixlərində Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Onlardan ilk olaraq Səbinə Əzimova yarışa qatılıb. O, 55 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz toplam 177 kq (78+99) nəticə ilə 8-ci yeri tutub.

Xəbər lenti

Xəbər lenti