...

"Minsk-2019"da növbəti qələbə - iki güləşçimiz yarımfinalda (YENİLƏNİB)

İdman Materials 26 İyun 2019 14:31 (UTC +04:00)
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarının 1/4 final görüşündə də qələbə qazanıb
"Minsk-2019"da növbəti qələbə - iki güləşçimiz yarımfinalda (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarının 1/4 final görüşündə də qələbə qazanıb.

Trend-in məlumatına görə, 65 kq çəki dərəcəsində olan idmançımız 1/4 final görüşündə Belarus təmsilçisi George Kolievi 7:5 hesabı ilə məğlub edərək yarımfinala keçid alıb.

Qeyd edək ki, Hacı Əliyev 1/8 final görüşündə Ermənistan təmsilçisi Volodya Franqulyanı 6:0 hesabı ilə məğlub edib.

Digər təmsilçimiz Nurməhəmməd Hacıyev də 1/4 finalda gürcü həmkarını üstələyərək yarımfinala vəsiqə qazanıb.

O, Gürcüstan təmsilçisi Elizbar Odikadzeni 7:3 hesabı ilə yenib.

Nürməhəmməd yarımfinal mərhələsində ukraynalı Murazi Mçedlidze ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinin oyunları bu gün Bakı vaxtı ilə 19:00-da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti