...

Boksçumuz Alfonso Dominges II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb

İdman Materials 27 İyun 2019 02:28 (UTC +04:00)
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən Azərbaycan millisinin daha bir boksçusu dörddəbir final görüşündən uğurlu nəticə ilə ayrılıb.
Boksçumuz Alfonso Dominges II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən Azərbaycan millisinin daha bir boksçusu dörddəbir final görüşündən uğurlu nəticə ilə ayrılıb.

Trend-in məlumatına görə, komandamızın üzvü Alfonso Dominges (81 kiloqram) yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. “Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn A.Dominges bu dəfə də rinqdə qələbə qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Boksçumuz yarımfinalda Matuş Strniskonu (Slovakiya) 5:0 hesabı ilə məğlub edən Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Qarşılaşma iyunun 28-də baş tutacaq.

Qeyd edək ki, A.Dominges yarımfinala yüksələn ikinci boksçumuzdur. Lorenzo Sotomayor da (69 kiloqram) Avropa Oyunlarının yarımfinala vəsiqəni təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti