...

Karateçimiz “Minsk 2019”un finalında mübarizə aparacaq

İdman Materials 29 İyun 2019 19:04 (UTC +04:00)
Azərbaycan karateçisi Asiman Qurbanlı “Minsk 2019” ikinci Avropa Oyunlarının finalına yüksəlib
Karateçimiz “Minsk 2019”un finalında mübarizə aparacaq

Bakı. Trend:

Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) “Minsk 2019” ikinci Avropa Oyunlarının finalına yüksəlib.

Trend-in məlumatına görə, Oyunların kumite yarışlarında A qrupunda mübarizə aparan karateçimiz qrup mərhələsində birinci oyunda hollandiyalı Darnel Ladi Tirona 2:0 hesabı ilə qalib gəlib.

Qrupda ikinci oyunda almaniyalı Conatan Horn ilə xalsız heç-heçə edən karateçimiz sonuncu görüşdə türkiyəli Alparslan Yunusoğluna qalıb gəlib.

Yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. Finalda onun rəqibi xorvatiyalı Andcela Kvesiç olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti