...

Qadın güləşçilərimiz EYOF-un gümüş və bürünc medalını qazanıblar

İdman Materials 23 İyul 2019 17:58 (UTC +04:00)
XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü günündə qadın güləşçimiz Elnurə Məmmədova (53 kq) gümüş medala sahib olub.
Qadın güləşçilərimiz EYOF-un gümüş və bürünc medalını qazanıblar

Bakı. Trend:

XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü günündə qadın güləşçimiz Elnurə Məmmədova (53 kq) gümüş medala sahib olub.

Trend-in məlumatına görə, güləşçimiz finalda Rusiya təmsilçisi Polina Lukinaya uduzub.

Bu çəki dərəcəsində bürünc medallara almaniyalı Oliviya Andrix və rumıniyalı Patrisia-Valeriya İurasku layiq görülüblər.

Nigar Mirzəzadə isə XV Avropa Gənclər Olimpiya Festivalının bürünc medalına sahiblənib. 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz polşalı Zofia Polovçiki 7:6 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.

Digər bürünc medalı rusiyalı Aleksandra Prokina aktivinə yazdırıb.

Bu çəki dərəcəsində çempion türkiyəli Nesrin Başı son saniyədə qazandığı xalla 7:6 məğlub edən belaruslu Yana Tretsiak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti