...

Azərbaycan atleti yarımfinala vəsiqə qazanıb

İdman Materials 26 İyul 2019 10:29 (UTC +04:00)
Azərbaycan atleti Məryəm Şeyxəlizadəxangah festivalın 50 metr məsafəyə sərbəst üzmə yarışında yarımfinala vəsiqə qazanıb.
Azərbaycan atleti yarımfinala vəsiqə qazanıb

Bakı. Trend:

Azərbaycan atleti Məryəm Şeyxəlizadəxangah festivalın 50 metr məsafəyə sərbəst üzmə yarışında yarımfinala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz təsnifat mərhələsində 26.72 saniyə nəticə göstərərək finalın bir addımlığında mübarizə aparmaq imkanı əldə edib.

Bu yarışda finişə Serbiya atleti Nina Stanisavleviç birinci çatıb (25.64 saniyə).

Qızlar arasında 50 metr məsafəyə sərbəst üzmə yarışının yarımfinal və final mərhələsi axşam sessiyasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti