...

“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşib

İdman Materials 31 İyul 2019 07:22 (UTC +04:00)
Avrokuboklarda ölkəmizi təmsil edən “Qarabağ” futbol klubunun III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşib

Bakı. Trend:

Avrokuboklarda ölkəmizi təmsil edən “Qarabağ” futbol klubunun III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Trend-in məlumatına görə, bunlar Kiprin “APOEL” və Slovakiyanın “Slovan” (Bratislava) klublarıdır. “APOEL” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun “Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb. “Qarabağ” iyulun 31-də İrlandiyanın “Dundalk” klubu üzərində qələbə qazanacağı təqdirdə, məhz “APOEL”lə qarşılaşacaq.

Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırsa, bu zaman UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Slovan”la qarşılaşacaq.

Qeyd edək ki, “Qarabağ” “Dundalk”la İrlandiyadakı qarşılaşmadan heç-heçə ilə ayrılıb - 1:1. Cavab oyunu iyulun 31-də “Dalğa Arena”da olacaq. Görüş saat 21:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti