...

APOEL - "Qarabağ" matçının hakimləri açıqlanıb

İdman Materials 4 Avqust 2019 07:54 (UTC +04:00)
“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının 2019-2020 mövsümün III təsnifat mərhələsi çərçivəsində səfərdə Kiprin APOEL komandası ilə keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib
APOEL - "Qarabağ" matçının hakimləri açıqlanıb

Bakı. Trend:

“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının 2019-2020 mövsümün III təsnifat mərhələsi çərçivəsində səfərdə Kiprin APOEL komandası ilə keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Trend xəbər verir ki, avqustun 6-da Nikosiyadakı “GSP” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri Fabiano Preti və Alberto Teqoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti