...

Ronaldo Messi ilə fərqindən danışıb

İdman Materials 14 Avqust 2019 13:05 (UTC +04:00)
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Barselona"nın oyunçusu Lionel Messi ilə arasındakı fərqdən danışıb.
Ronaldo Messi ilə fərqindən danışıb

Bakı. Trend:

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Barselona"nın oyunçusu Lionel Messi ilə arasındakı fərqdən danışıb.

Trend-in məlumatına görə, Ronaldo bununla bağlı belə deyib: "Fərq ondadır ki, fərqli klublarda oynamışam və fərqli komandalarla Çempionlar Liqasını qazanmışam. Ardıcıl 6 il bu turnirin ən yaxşı bombardiri olmuşam. Çox az oyunçu Çempionlar Liqasının kubokunu 5 dəfə qazanıb".

Portuqaliyalı hücumçu Messinin əla futbolçu olduğunu da deyib: "Onu təkcə 5 dəfə "Qızıl top"u qazanması ilə yox, həm də mənim kimi ilbəil daha yaxşı olması ilə xatırlayacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti