Bakı. Cani Babayeva - Trend:
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatı ərəfəsində sınaq təlim-məşqləri keçirilib.
Trend-in məlumatına görə, dünya çempionatı sentyabrın 16-dan 22-dək keçiriləcək.
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri təlim-məşqlər çərçivəsində öz proqramlarını icra edib. Azərbaycanlı gimnastlarla yanaşı, Livan və Çexiyanı təmsil edən idmançılar da çıxış edib. Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak edib. Gimnastların çıxışlarını izləyən vitse-prezident, həmçinin idmançılarla söhbət edib və onlara dünya çempionatında uğurlar arzu edib.
Tədbirdə, həmçinin Azərbaycan Guimnastika Federasiyasının nümayəndələri, məşqçi heyəti və hakimlər briqadası iştirak ediblər.