...

Karateçilərimiz Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər

İdman Materials 1 Oktyabr 2019 12:22 (UTC +04:00)
Azərbaycan karateçiləri 4-6 oktyabr tarixlərində Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər.
Karateçilərimiz Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər

Bakı. Trend:

Azərbaycan karateçiləri 4-6 oktyabr tarixlərində Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər.

Trend-in məlumatına görə, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 6-cı mərhələsində 20 idmançımız mübarizə aparacaq. 23 sentyabrdan Rusiyanın paytaxtına 10 günlük təlim-məşqlərə yollanan 13 nəfərlik heyətlə birlikdə daha 7 idmançımız turnirdə çıxış edəcək.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (+84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə kata çıxışlarına qatılacaqlar. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi nümayəndə heyətində vitse-prezident Rəhman Hətəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Anar Allahverdiyev də yer alıb. Karate1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 karateçi yarışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti