...

Bu gün Azərbaycan Moldova ilə qarşılaşacaq

İdman Materials 23 Oktyabr 2019 12:15 (UTC +04:00)
2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirəcək.
Bu gün Azərbaycan Moldova ilə qarşılaşacaq

Bakı. Trend:

2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirəcək.

Trend-in məlumatına görə, komandamız saat 20:00-da Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşacaq.

İdman TV-dən canlı yayımlanacaq oyunu idarə edəcək hakimlər Ondrey Çerny (Çexiya), İngus Puriņş (Latviya), İngo Heemsothdur (Almaniya).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti