...

Qadın güləşçilərimiz Rusiyadan iki medalla qayıdıb (FOTO)

İdman Materials 24 Noyabr 2019 19:28 (UTC +04:00)
Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub
Qadın güləşçilərimiz Rusiyadan iki medalla qayıdıb (FOTO)

Bakı. Trend:

Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, iki gün davam edən turnirdə məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib. Onlardan ikisi fəxri kürsüyə qalxıb. Tatyana Omelçenko (62 kq) gümüş medal qazanıb. Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva isə üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamız komanda hesabında üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti