...

AAYDA-nin əməkdaşı dünya çempionatında birinci oldu

İdman Materials 18 Dekabr 2019 15:22 (UTC +04:00)
AAYDA-nin əməkdaşı dünya çempionatında birinci olub.
AAYDA-nin əməkdaşı dünya çempionatında birinci oldu

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı dünya çempionatında birinci olub.

Agentlikdən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 4-8 dekabr tarixlərində keçirilən “World Raw Powerlifting” dünya çempionatında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində fəhlə vəzifəsində çalışan Nicat Xosrovzadə birinci yerə layiq görülüb.

Nicat Xosrovzadə 125 kq çəki dərəcəsində 360 kq ağırlığı qaldıraraq birinciliyi əldə edib və bayrağımızı dalğalandırıb.

AAYDA-nin rəhbərliyi və kollektivi adından əməkdaşımızı qələbə münasibəti ilə təbrik edir, ona gələcək idmançı karyerasında uğurlar arzu edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti