...

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri gənc idmançılarla görüşüblər (FOTO)

İdman Materials 20 Dekabr 2019 00:03 (UTC +04:00)
Dekabrın 19-da Bakı Gimnastika Məktəbində gənc gimnast tələbələrin Azərbaycanın bədii gimnastika üzrə milli yığmasının üzvləri, qrup hərəkətləri komandalarının idmançıları - Siyana Vasilyeva, Aliya Paşayeva və Zeynəb Hümmətova ilə görüşü keçirilib
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri gənc idmançılarla görüşüblər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Cani Babayeva - Trend:

Dekabrın 19-da Bakı Gimnastika Məktəbində gənc gimnast tələbələrin Azərbaycanın bədii gimnastika üzrə milli yığmasının üzvləri, qrup hərəkətləri komandalarının idmançıları - Siyana Vasilyeva, Aliya Paşayeva və Zeynəb Hümmətova ilə görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə məktəbin 4-13 yaş arası 80-ə yaxın tələbəsi iştirak edib.

Görüş zamanı məktəb tələbələri idnmançılara suallar veriblər. Gimnastika məktəbinin şagirdləri Siyana Vasilyeva, Aliya Paşayeva və Zeynəb Hümmətovadan bədii gimnastikanı niyə seçdikləri ilə maraqlanıblar, beynəlxalq çempionatlarda iştirak etmək, yarışa çıxmaqla həyəcanın öhdəsindən gəlmək və bir çox başqa məsələlər barədə danışmağı xahiş ediblər.

Azərbaycan milli komandasının üzvləri məmnuniyyətlə onlarla öz təcrübə və biliklərini ilə bölüşüb, lazımi tövsiyə və məsləhətlərini veriblər.

Daha sonra tədbir avtoqraflar paylamaqla davam etdirildi.

Media nümayəndələrinə verdiyi müsahibədə Zeynəb Hümmətova qeyd etdi ki, Azərbaycanda gimnastikaya böyük maraq göstərilir.

Z.Hümmətova dedi: "Sevindirici haldır ki, bunu təkcə paytaxtda deyil, eyni zamanda gimnastikanın fəal inkişaf etdiyi bölgələrdə də müşahidə etmək olar. Bugünkü tədbirdə gənc gimnastların böyük enerjisini hiss etdik, yüksək maraq göstərdilər, fəal suallar verdilər. Ancaq bizim üçün də bu görüş vacibdir, çünki uşaqlar bizdən nümunə götürürlər, onların sevgisini və dəstəyini hiss edirik".

Aliya Paşayeva qeyd etdi: "Etiraf edim ki, Bakı Gimnastika Məktəbində işə bu yaxınlarda başlamışam və bugünkü görüşdə iştirak edən uşaqların çoxunu tanıyıram. Onların hamısının tədbirə belə həssas reaksiya verməsi çox xoşdur. Ölkədə gimnastların inkişafı haqqında daha çox məlumat əldə etməkdə həqiqətən maraqlıdırlar. Azərbaycanda idmanın, o cümlədən gimnastikanın inkişafına böyük diqqət göstərilir. Bədii gimnastika çox populyarlaşdı, yaxşı nəticələr göstərən bir çox perspektivli uşaqlar var. Uşaqlarını gimnastikaya göndərməyi planlaşdıran bütün valideynlərə demək istəyirəm ki, bu, çox yaxşı bir fikirdir. İdman sağlamlıqdır və bir qız üçün bədii gimnastika həyatda zəriflik və gözəllikdir".

Siyana Vasilyeva qənc idmançılarla təcrübə və bilikləri bölüşməyin çox xoş olduğunu vurğuladı: "Ümid edirəm ki, danışdığım hər şey onlar üçün faydalı oldu. Bu, mənim kiçik gimnastlarla ikinci görüşümdür. Ümid edirəm ki, bu təcrübə davam edəcək və gələcəkdə də belə görüşlər təşkil ediləcək. Düşünürəm ki, bu hadisə kiçik gimnastlar üçün çox vacibdir. Çünki özümü onlar yaşda xatırlayıram. Məşhur idmançılarla görüşmək, qazandıqları təcrübələrvhaqqında hekayələrini dinləmək mənim üçün çox vacib idi. Gənc idmançılara məsləhət vermək istəyirəm ki, heç vaxt təhsillərindən vaz keçməsinlər, çünki bəzi insanlar düşünürlər ki, əgər siz peşəkar idmanla məşğul olursunuzsa, təhsil ala bilməzsiniz. Ancaq bu, belə deyil. Tədris idman uğurlarına böyük töhfə verir".

Siyana Vasilyevanın sözlərinə görə, ölkədə ictimaiyyət tərəfindən gimnastikaya maraq çox artıb.

O, əlavə edib: "İndi yerli yarışları geniş tamaşaçı kütləsi izləyir. Milli Gimnastika Arenasında keçirilən yarışlarda hər zaman auditoriya dolu olur".

Xatırladaq ki, 16-22 sentyabr tarixlərində Bakıda keçirilən 37-ci Bədii Gimnastika Dünya Çempionatında qrup hərəkətləri üzrə Azərbaycan komandası Tokioda keçiriləcək 2020 Olimpiya Oyunlarına lisenziya qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti