...

"Latsio" 5-ci dəfə İtaliya Superkubokunu qazanıb

İdman Materials 22 Dekabr 2019 23:24 (UTC +04:00)
İtaliya Superkuboku uğrunda keçirilən matçda Romanın "Latsio" klubunun futbolçuları Turinin "Yuventus" komandasına 3-1 hesabı ilə qalib gəliblər
"Latsio" 5-ci dəfə İtaliya Superkubokunu qazanıb

Bakı. Trend:

İtaliya Superkuboku uğrunda keçirilən matçda Romanın "Latsio" klubunun futbolçuları Turinin "Yuventus" komandasına 3-1 hesabı ilə qalib gəliblər.

Trend-in məlumatına görə, görüş Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilib.

"Latsio"nun heyətində qolları Luis Alberto (16-cı dəqiqə), Senad Luliç (73-cı dəqiqə) və Danilo Kataldi (90 + 4) vurublar.

"Yuventus"da Paulo Dibala (45-ci dəqiqə) fərqlənib. Turin komandasının heyətində Rodriqo Betankur 90+4-cü dəqiqədə oyundan kənarlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti