...

Simona Baylz və Lionel Messi ilin idmançıları seçiliblər

İdman Materials 31 Dekabr 2019 05:03 (UTC +04:00)
Lionel Messi - "Barselona" klubunun və Argentina millisinin hücumçusu, İdman Mətbuatı Beynəlxalq Assosiasiyasının (AIPS) tərəfindən kişilər arasında 2019-cu ilin idmançısı seçilib
Simona Baylz və Lionel Messi ilin idmançıları seçiliblər

Bakı. Trend:

Lionel Messi - "Barselona" klubunun və Argentina millisinin hücumçusu, İdman Mətbuatı Beynəlxalq Assosiasiyasının (AIPS) tərəfindən kişilər arasında 2019-cu ilin idmançısı seçilib.

Trend-in məlumatına görə, Messi dünyanın 102 ölkəsindən 331 jurnalistin iştirakı ilə keçirilən səsvermədə 13,11 fayız səs toplayaraq birinci yerdə qərarlaşıb. İkinci yeri 12,01 fayızla Eliud Kipçoge, üçüncü yeri isə 9,38 fayızla İspaniyalı tenisçi Rafael Nadal tutblar.

Qadınlar arasında birinci yeri 15,04 fayızla gimnast Simona Baylz tutub. İkinci və üçüncü yerləri isə amerika futbolçusu Meqan Rapino (13,51%) və Yamaykalı yüngül atletika idmançısı Şelli-Enn Freyzer tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti