...

Təl-Əviv Qran-Prisində Azərbaycanı 16 cüdoçu təmsil edəcək

İdman Materials 6 Yanvar 2020 15:30 (UTC +04:00)
Turnirdə Azərbaycanı 11 kişi, 5 qadın cüdoçu təmsil edəcək
Təl-Əviv Qran-Prisində Azərbaycanı 16 cüdoçu təmsil edəcək

Bakı. Trend:

Yanvarın 23-25-də İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

Trend xəbər verir ki, turnirdə Azərbaycanı 11 kişi, 5 qadın cüdoçu təmsil edəcək. Yarışda ümumilikdə 95 ölkədən 671 (376 kişi, 295 qadın) cüdoçunun iştirakı təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl keçirilən analoji yarışda komandamız iki medal qazanıb. Belə ki, qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Komandamızın digər üzvü Məmmədəli Mehdiyev (90 kq) bürünc medala layiq görülüb. Bu nəticə ilə komandamız ümumi hesabda 5-ci olub. Turnirdə ən yüksək nəticəni 4 qızıl, 2 gümüş, 1 bürünc medalla İsrail komansı göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti