...

Kurtua yanvar ayının ən yaxşı oyunçusu seçilib

İdman Materials 12 Fevral 2020 09:58 (UTC +04:00)
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya la-liqasında yanvar ayının ən yaxşı oyunçusu seçilib.
Kurtua yanvar ayının ən yaxşı oyunçusu seçilib

Bakı. Trend:

“Real”ın qapıçısı Tibo Kurtua İspaniya la-liqasında yanvar ayının ən yaxşı oyunçusu seçilib.

Trend-in məlumatına görə, kral klubunun “Xetafe”, “Sevilya” və “Valyadolid”lə oyunlarda qalib gəlməsində böyük rol oynayan belçikalı qolkiper cəmi 1 top buraxıb. “Real” hazırda turnir cədvəlində ilk sırada qərarlaşıb: komanda 23 oyunda 52 xal toplamaqla ən yaxın izləyicisi “Barselona”nı 3 xal qabaqlayır.

“Real” 24-cü turda öz meydanında “Selta” ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti