...

Formula 1 yarışının Azərbaycan üçün bir çox faydaları var - Çeyz Keri

İdman Materials 12 Fevral 2020 11:25 (UTC +04:00)
Bu yarış Azərbaycanın dünyaya tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Formula 1 yarışının Azərbaycan üçün bir çox faydaları var - Çeyz Keri

Bakı. Elçin Mehdiyev - Trend:

Formula 1 üzrə Azərbaycan Qran-prisinin ölkəyə bir çox faydaları var. Bu yarış Azərbaycanın dünyaya tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri Bakı "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışında deyib.

Ç.Keri Azərbaycanın bu yarışı yüksək səviyyədə təşkil etdiyini bildirib. O qeyd edib ki, Azərbaycanın peşəkar komandası var və birgə əməkdaşlıq nəticəsində yarışlar yüksək səviyyədə təşkil edilir.

Onun sözlərinə görə, Bakı Şəhər Halqası trekində müəyyən dəyişikliklər ola bilər.

Ç.Keri vurğulayıb ki, Bakı bu yarışların keçirilməsi üçün gözəl məkandır.

O, həmçinin bu il dünya üzrə 22 Qran-pri təşkil ediləcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti