...

Çempionlar Liqası: "Atletiko" və "Borussiya" qalib gəldilər

İdman Materials 19 Fevral 2020 01:59 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində ilk iki oyun keçirilib
Çempionlar Liqası: "Atletiko" və "Borussiya" qalib gəldilər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində ilk iki oyun keçirilib.

Trend-in məlumatına görə, İspaniyanın Madrid şəhərini təmsil edən "Atletiko" klubu öz meydanında İngiltərənin "Liverpul" klubunu qəbul edib.

Oyun meydan sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 4-cü dəqiqədə Saul vurub.

Gecənin digər oyununda Almaniyanın "Borussiya" klubu Fransanın "PSJ" klubunu qəbul edib. Oyun meydan sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyun qolları ev sahibi komandasından E.Holand (69-cu və 77-ci dəqiqələr), qonaq komandadan isə Neymar (75-ci dəqiqə) vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti