...

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb

İdman Materials 3 Mart 2020 13:02 (UTC +04:00)
Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.
Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.

Məlumata görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti