...

“Ankaragücü” “Beşiktaş”a məğlub oldu

İdman Materials 7 Mart 2020 01:34 (UTC +04:00)
Türkiyə Superliqasının XXV turunun birinci qarşılaşması martın 6-da “Beşiktaş” “Ankaragücü”nün oyunu ilə başlayıb
“Ankaragücü” “Beşiktaş”a məğlub oldu

Bakı. Trend:

Türkiyə Superliqasının XXV turunun birinci qarşılaşması martın 6-da "Beşiktaş" "Ankaragücü"nün oyunu ilə başlayıb.

Trend-in məlumatına görə, matç "Vodafon Park" arenada keçirilib və "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı matçın 6-cı dəqiqəsində "Beşiktaş"ın hücumçusu Burak Yılmaz açıb, 88-ci dəqiqədə isə yarımmüdafiəçi Adəm Lyayiç hesabı artırıb. Oyunun son dəqiqələrində "Ankaragücü"nün hücumçusu İlhan Parlak qollardan birinin əvəzini çıxa bilib.

Turda "Yeni Malatyaspor"-"Konyaspor", "Qaziantep"-"Trabzonspor", "Göztəpə"-"Başakşəhər", "Fənərbağça"-"Dənizlispor", "Kasımpaşa"-" Kayserispor", "Rizəspor"-"Alanyaspor", "Sivasspor"-Qalatasaray" və "Gənclərbirliyi"-"Antalyaspor" matçları keçiriləcək.

"Başakşəhər" klubu hazırda Türkiyə çempionatının turnir cədvəlində 49 xalla liderdir. "Trabzonspor", "Qalatasaray" və "Sivasspor" klubları 48 xalla iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə "Beşiktaş" (43 xal), "Alanyaspor" (39 xal), "Fənərbağça" (39 xal) və digər komandalar gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti