...

Çempionlar Liqası: "Leypsiq" və "Atalanta" 1/4 final mərhələsinə yüksəlib

İdman Materials 11 Mart 2020 03:53 (UTC +04:00)
Çempionlar Liqası: "Leypsiq" və "Atalanta" 1/4 final mərhələsinə yüksəlib

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində iki oyuu keçirilib.

Trend-in məlumaıtna görə, Almaniyanın "Leypsiq" klubu İngiltərənin "Tottenhem" klubunu öz meydanında qəbul edib. Oyun meydan sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları M.Sabitzer (10-cu və 21-ci dəqiqələr) və E.Forsberq (87-ci dəqiqə) vurublar.

Beləliklə, "Leypsiq" 1/4 final mərhələsinə yüksəlib. İlk oyunda "Leypsiq" 1:0 qələbə qazanmışdı.

Digər oyunda İspaniyanın "Valensiya" klubu İtaliyanın "Atalanta" klubunu qəbul edib. Oyun qonaqların 3:4 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları J.İliçiç (3-cü, 43-cü, 71-ci və 82-ci dəqiqələr), K.Qameyro (21-ci və 51-ci dəqiqələr) və F.Torres (67-ci dəqiqə) vurublar.

1/4 fenal mərhələsinə İtaliya klubu yüksəlib. ilk oyunda "Atalanta" 4:1 hesablı qələbə qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti