...

"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb

İdman Materials 29 Mart 2020 06:54 (UTC +04:00)
İtaliyanın "Yuventus" futbol klubunun rəhbərliyi oyunçular və məşqçilər ilə koronavirus pandemiyası zamanı maaşların azaldılması üzrə razılığa gəlib
"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb

Bakı. Trend:

İtaliyanın "Yuventus" futbol klubunun rəhbərliyi oyunçular və məşqçilər ilə koronavirus pandemiyası zamanı maaşların azaldılması üzrə razılığa gəlib.

Trend-in məlumatına görə, bu barədə futbol klubunun mətbuat xidmətindən bildiriblər.

Futbolçuların illik maaşı 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün ümumi ödənişlərə bərabər olan məbləğə endiriləcək. Razılaşma nəticəsində "Yuventus" 2019/20 mövsümündə təxminən 90 milyon avro qənaət edəcək.

Bildirilir ki, mövsümün başa vurulduğu və ya bərpa olunduğu təqdirdə klub və oyunçular razılaşmanı yenidən nəzərdən keçirəcəklər: "Yuventus" oyunçulara və məşqçilərə hamı üçün çətin zamanda anlayışa görə təşəkkürünü bildirir".

Qeyd edək ki, İtaliya Çempionatı koronavirus pandemiyası səbəbilə mayın 3-dək dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti