Bakı. Trend:
“Everton” Moyze Kini karantin qaydalarını pozduğuna görə cəzalandırıb.
Bildirilir ki, 20 yaşlı hücumçu sevgilisini evə dəvət edərək onun üçün ziyafət masası hazırlayıb. Buna görə "Liverpul" klubu Kinin 2 həftəlik məvacibini ödəməyəcək. Bu isə 100 min funtsterlinq deməkdir.
Qeyd edək ki, 2016-cı ildə “Yuventus”da debüt edən Moyze Kin ötən ilin yayında icarə əsasında “Everton”a keçib. İndiki mövsümdə o, Mersisayd klubunun heyətində 22 oyunda 1 qol vurub.