...

"Beşiktaş" Loris Kariusla yollarını ayırıb

İdman Materials 5 May 2020 20:56 (UTC +04:00)
"Beşiktaş" Loris Kariusla yollarını ayırıb

Bakı. Trend:

"Beşiktaş"ın almaniyalı qapıçısı Loris Karius klubdan ayrılıb.

Trend-in məlumatına görə, buna səbəb kimi futbolçunun maaşının vaxtında və tam həcmdə verilməməsi göstərilir. Qeyd edək ki, 26 yaşlı qolkiper bundan əvvəl komandadan FİFA-ya şikayət məktubu göndərmişdi. Ali qurum onun müraciəti ilə bağlı danışıqların başlanmasını bildirmişdi.

Beləliklə, müəyyən araşdırmalardan sonra Loris Karius və "Beşiktaş" rəhbərliyi qarşılıqlı razılma əsasında yollarını ayırıblar.

Kariusun transferi "Liverpul" klubuna məxsusdur. İstanbulda icarə əsasında çıxış edən qapıçı yenidən İngiltərəyə dönəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti