...

İspaniyada futbol çempionatı bərpa edilir

İdman Materials 23 May 2020 18:35 (UTC +04:00)
İspaniyada futbol çempionatı bərpa edilir

Bakı. Trend:

İspaniyada futbol üzrə ölkə çempionatı iyun ayının 8-də bərpa ediləcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Pedro Sançes bildirib.

"Qarşımızda yeni üfüqlər açılır. Gündəlik vəzifələrə qayıtmağın vaxtı gəldi. Bunların arasında 8 İyunda bərpa ediləcək milli futbol çempionatı da var", - nazir deyib.

Xatırladaq ki, koronavirus pandemiyasının səbəb olduğu İspaniyanin futbol çempionatındakı fasilədən əvvəl 27 tur oynanılıb. Turnir cədvəlində lider 58 xalla "Barselona"dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti