...

"Yuventus" Rеmzini transferə çıxarıb

İdman Materials 13 İyun 2020 07:25 (UTC +04:00)
"Yuventus" Rеmzini transferə çıxarıb

Bakı. Trend:

İtaliyanın "Yuventus" futbol klubu yarımmüdafiəçi Aaron Remzini transferə çıxarıb.

Trend-in məlumatına görə, qərarın səbəbi futbolçunun həftəyə 450 min avro aldığı maaşı göstərilir.

Bildirilir ki, Turinin komandası pandemiya ilə bağlı maliyyə krizisindən çıxış yollarının tapılması üçün xərclərini azaltmaq niyyətindədir.

Futbolçuya hazırda biri "Mançester Yunayted" olmaqla iki İngiltərə klubu maraq göstərir.

A.Remzi "Yuventusa" 2019-cu ilin yayında "Arsenal"dan trensfer edilib. Carı mövsümdə 29 yaşlı yarımmüdafiəçi 24 matçda iştirak edərkən 4 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti