...

İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçiləri açıqlanıb

İdman Materials 20 İyun 2020 19:08 (UTC +04:00)
İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçiləri açıqlanıb

Bakı. Trend:

Böyük Britaniyanın “The Mirror” qəzeti futbol üzrə İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçilərinin reytinqini tərtib edib.

Trend-in məlumatına görə, reytinqə niderlandlı məşqçi Frank de Bur başçılıq edib.

2017-ci ildə “Kristal Pelas” klubuna gətirilən F.de Bur beş matçdan sonra klubdan qovulub. Klub onun rəhbərliyi müddətində 1 qələbə qazanıb, 4 dəfə isə məğlub olub.

İkinci yerdə fransalı mütəxəssis Jak Santini yer alıb. 2004-cü ildə “Tottenhem”ə təyin olunan J.Santini 13 oyundan sonra istefa verib.

Premyer-liqada işləyən ilk amerikalı məşqçi olan Bob Bredli isə “Suonsi”nin sükanı arxasında 85 gün qala bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti