...

Ronaldo daha bir rekorda imza atdı

İdman Materials 23 İyun 2020 12:46 (UTC +04:00)
Ronaldo daha bir rekorda imza atdı

Bakı. Trend:

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Trend-in məlumatına görə, “Yuventus”un hücumçusu ötən gün “Bolonya”ya qol vurmaqla İtaliya çempionatında qolların sayını 43-ə çatdırıb.

Bununla da o, İtliyada ən çox qol vurmuş portuqaliyalı futbolçu olub. İndiyədək bu adı 42 qolla Ruy Koşta daşıyırdı. O, 1994-2006-cı illərdə “Fiorentina” və “Milan”da iştirak edib.

Qeyd edək ki, “Yuventus” ötən gün “Bolonya”nı 2-0 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti