...

Qasli karyerasında ilk dəfə "Formula 1" Qran Prisinin qalibi olub

İdman Materials 7 Sentyabr 2020 03:58 (UTC +04:00)
Qasli karyerasında ilk dəfə "Formula 1" Qran Prisinin qalibi olub

Trend-i buradan izləyin

Bakı. Trend:

"Alpha Tauri" komandasının fransalı pilotu Pyer Qasli "Formula-1" üzrə İtaliya Qran Prisinin qalibi olub.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu, fransalı Pyer Qaslinin karyerasında ilk qələbəsidir.

İtaliya Qran Prisində ikinci yeri "McLaren" komandasının ispaniyalı pilotu Karlos Sayns, üçüncü yeri isə "Racing Point" komandasının kanadalı pilotu Lens Stroll tutublar.

"Formula-1"in hazırkı çempionu və cari mövsümdə xal hesabında lider olan "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton yarışı 9-cu yerdə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti