...

İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Mançester Yunayted"i məğlub etdi

İdman Materials 2 Noyabr 2020 00:48 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Mançester Yunayted"i məğlub etdi

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasının yeddinci turu çərçivəsində "Mançester Yunayted" Londonun "Arsenal" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 69-cu dəqiqədə penaltidən Pyer-Emerik Obameyanq vurub.

Qeyd edək ki, "Arsenal" (12 xal) bu qələbədən sonra turnir cədvəlində səkkizinci yerə yüksəlib, "Mançester Yunayted" (6 xal) isə 15-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti