...

İspaniya Almaniyanı darmadağın edərək Millətlər Liqasının yarımfinalına yüksəlib

İdman Materials 18 Noyabr 2020 06:28 (UTC +04:00)
İspaniya Almaniyanı darmadağın edərək Millətlər Liqasının yarımfinalına yüksəlib

Bakı. Trend:

UEFA Millətlər Liqasının VI turunda "A" liqasının 4-cü qrupunda yer alan İspaniya yığması Almaniya komandasını qəbul edib.

Trend-in məlumatına görə, oyun İspaniya yığmasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Oyunda qolları Alvaro Morata (17-ci dəqiqə), Ferran Torres (33,44,71-ci dəqiqələr), Rodri (38-ci dəqiqə) bə Mikel Oyarsabal (90-cı dəqiqə).

Qeyd edək ki, İspaniya bu qələbəsindən sonra UEFA Millət Liqasının yarımfinalına yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti