...

Azərbaycan gimnastları Polşada gümüş və bürünc medalları qazandılar

İdman Materials 12 Dekabr 2020 23:00 (UTC +04:00)
Azərbaycan gimnastları Polşada gümüş və bürünc medalları qazandılar

Bakı. Trend:

Bu həftəsonu Polşanın paytaxtı Varşava şəhərində “Irina Cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bədii gimnastlarımız bu turnirdə komanda hesabına çoxnövçülükdə iki medal yazdırmağı bacarıblar.

Yarışda 2008-ci il təvəllüdlü gimnastlar arasında iştirak etmiş Leyli İsmayılova fəxri kürsünün ikinci pilləsinə yüksəlib, Məryam İonis isə bürünc medala layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti