...

"La Gazzetta dello Sport" "Atalanta"nı İtaliyada ilin ən yaxşı komandası elan etdi

İdman Materials 15 Dekabr 2020 06:18 (UTC +04:00)
"La Gazzetta dello Sport" "Atalanta"nı İtaliyada ilin ən yaxşı komandası elan etdi

Bakı. Trend:

"La Gazzetta dello Sport" nəşrinə görə "Atalanta" futbol klubu 2020-ci ildə İtaliyanın ən yaxşı komandası seçildi.

Trend TASS-a istinadən xəbər verir ki, səsvermə nəşrin rəsmi saytında keçirilib.

2020-ci ildə "Atalanta" bütün turnirlərdə 41 matç keçirib, 24 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 8 məğlubiyyətə uğrayıb.

2019/20 mövsümünün yekunlarına görə, komanda İtaliya çempionatı cədvəlində üçüncü yeri tutaraq Çempionlar Liqasının 1/4 finalına yüksələ bilib və turnirin gələcək finalçısı Fransanın "PSJ"sinə məğlub olub (1:2).

Bu mövsüm Atalanta on oyundan sonra ölkə çempionatında yeddinci yerdədir. Bundan ayrıca, Jan Pyero Qasperinin komandası "Real Madrid"ə qarşı oynayacağı Çempionlar Liqasının 1/8 finalına çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti