...

Təxirə salınan "Yuventus" "Napoli" matçı yenidən keçiriləcək

İdman Materials 22 Dekabr 2020 23:12 (UTC +04:00)
Təxirə salınan "Yuventus" "Napoli" matçı yenidən keçiriləcək

Bakı. Trend:

İtaliya futbol çempionatının üçüncü turunun "Yuventus" - "Napoli" matçı yenidən oynanacaq.

Trend TASS-a istinadən xəbər verir ki, neapolitan klubu bu məsələyə dair İtaliya Olimpiya Komitəsinə etdiyi appelyasiya müraciətinə müsbət cavab alıb edib.

Görüş 4 oktyabr tarixində Turində baş tutmalı idi, lakin "Napoli" komandadakı koronavirus infeksiyası halları səbəbiylə yerli rəhbərliyin qərarını əsas gətirərək oyuna gəlmədi. Sonda "Napoli" texniki məğlubiyyətə layiq görüldü və klubdan bir xal götürüldü.

Neapolitan klubunun əvvəlki iki müraciəti rədd edilib, son qərara əsasən isə bu görüş təkrarən keçirilməli və klubdan bir xalın alınması ləğv edilməlidir.

13 turdan sonra “Napoli” aktivində 23 xalla İtaliya çempionat sıralamasında beşinci yerdədir. Bu qərardan sonra klub 12 oyundan sonra 24 xalla üçüncü yerə yüksəlməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti