...

Çempionlar Liqası: "Mançester Siti" və "Real Madrid" 1/4 finalda

İdman Materials 17 Mart 2021 02:05 (UTC +04:00)
Çempionlar Liqası: "Mançester Siti" və "Real Madrid" 1/4 finalda

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk cavab matçları keçirilib.

Trend-in məlumatına görə, İngiltərənin "Mançester Siti" klubu Almaniyanın "Borussiya" (Münhenqladbah) klubuna qalib gəlib - 2:0. Oyunda qolları K.De Brüyne və İ.Gündoğan vurublar.

Digər oyun İspaniyanın "Real Madrid" klubu İtaliyanın "Atalanta" klubu üzərində qələbə qazanıb - 3:1. İspaniya təmsilçisinin heyətində qolları K.Benzema, S.Ramos və M.Asensio vurublar, İtaliya təmsilçisinin yeganə qolunun müəllifi isə L.Müriel olub.

Beləliklə, "Mançester Siti" və "Real Madrid" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti