...

Avropa Liqası 1/4 finalının bütün komandaları müəyyənləşib

İdman Materials 19 Mart 2021 02:21 (UTC +04:00)
Avropa Liqası 1/4 finalının bütün komandaları müəyyənləşib

Bakı. Trend:

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Yunayted” komandasının futbolçuları 1:0 hesabı ilə İtaliyanın “Milan” klubunu məğlub ediblər.

Trend-in məlumatına görə, görüş Milandakı "San Siro" stadionunda boş tribunalarla baş tutub.

Yeganə qolu 49-cu dəqiqədə Pol Poqba vurub.

Turnirin 1/4 final mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Final Polşanın Qdansk şəhərində 26 mayda baş tutacaq. Avropa Liqasının hazırkı qalibi İspaniyanın “Sevilya” klubudur.

Avropa Liqası 1/4 finalın bütün komandaları müəyyənləşib: "Arsenal" (İngiltərə), "Qranada" (İspaniya), "Roma" (İtaliya), "Dinamo" (Xorvatiya), "Vilyarreal" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Ayaks" (Niderland) və "Slaviya" (Çexiya).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti