...

Millimiz Serbiya komandasına məğlub oldu

İdman Materials 30 Mart 2021 22:00 (UTC +04:00)
Millimiz Serbiya komandasına məğlub oldu

Bakı. Trend:

Futbol üzrə DÇ-2022-nin seçmə mərhələsinin növbəti oyununu keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan millisi A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasına məğlub olub.

Oyun Bakı Olimpiya Stadionunda baş tutub və serbiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qoları Serbiya komandasından Aleksandar Mitorviç (16, 81-ci dəqiqələr), millimiz tərəfdən isə Emin Mahmudov (59, penalti) vurublar.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran Serbiya yığması liderliyini qoruyub. Xal toplaya bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti