...

Kanada "Tokio-2020"yə 371 idmançı göndərir

İdman Materials 14 İyul 2021 05:32 (UTC +04:00)
Kanada "Tokio-2020"yə 371 idmançı göndərir

Bakı. Trend:

Kanada Tokio Yay Olimpiya Oyunlarına 371 idmançı göndərəcək.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın Olimpiya Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, Olimpiya iyunlarına gedəcək komanda 225 qadın və 146 kişi idmançıdan ibarətdir. Bu, 1984-cü ildən bəri Kanadanın Yay Olimpiya Oyunlarına göndəridiyi ən böyük nümayəndə heyətidir. 1984-cü ildə Kanada Los-Ancelesdə keçirilən Olimpiya oyunlarında 408 idmançı göndərmişdi.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti